Qaxlı gənclərdən nəcib təşəbbüs

03:35 | 16 Avqust, 2020

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qax nümayəndəliyində fəaliyyət göstərən “Eko klub”un üzvləri “Könüllülər ili” çərçivəsində növbəti ekoloji layihə həyata keçiriblər.

Nümayəndəliyin rəhbəri Elmir Həşimli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, gənclər “Trashtag” layihəsi çərçivəsində Qax rayonu ərazisində səliqə-sahman yaradılmasına ehtiyac olan sahədə təmizlik işləri aparıb, böyük bir ərazini tullantılardan təmizləyiblər. “Təmiz təbiət, sağlam həyat!” devizi ilə keçirilən layihənin məqsədi ekologiyanı qorumaq, təbiəti mühafizə etməkdir.

Aksiya zamanı gənclər karantin dövrünün tələblərinə uyğun olaraq qoruyucu vasitələrdən istifadə ediblər.

 

Facebookda şərh edin