Qaxda 700 kq şaftalı oğurlanıb

02:15 | 31 Avqust, 2020

Qaxda 700 kq şaftalı oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  avqustun 17-də rayon ərazisindəki torpaq sahələrinin birindən 1000 manat dəyərində olan 700 kiloqram şaftalı oğurlamaqda şübhəli bilinən Almalı kənd sakini C.Abdullayev saxlanılıb.

Araşdırma aparılır.

Facebookda şərh edin