Qax Xalq Teatrında yeni tamaşa hazırlanır

02:19 | 31 Avqust, 2020

Qax Rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən İsmayıl Dağıstanlı adına Xalq Teatrında Əhməd Orucoğlunun qələmə aldığı “Qaynana əməliyyatı” iki hissəli komediyanın məşqlərinə başlanılıb.

Mədəniyyət Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, teatrın rejissoru Gülşad Paşayevanın quruluş verdiyi tamaşada rolları həvəskar aktyorlar Fikrət Ramazanov, Ceyran Rəcəbova, Nuriyyə Əlimova, Xəlil Nəsibov, Anay Məmmədova, Yusif Qurbanov, Eşqin Asəfov və başqaları ifa edirlər.

Tamaşa pandemiya dövrü başa çatdıqdan sonra teatrsevərlərə təqdim olunacaq.

Facebookda şərh edin