“Azəriqaz” qazlaşma səviyyəsi aşağı olan rayonların adlarını açıqladı – siyahıda Qax da var

02:53 | 3 Yanvar, 2021

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev hazırda Azərbaycanda qazlaşma səviyyəsi nisbətən aşağı olan bir neçə rayonun adını çəkib.

“Report”un məlumatına görə, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən bildiriblər.

Onun sözlərinə görə bura Zaqatala, Qusar, Qax, Gədəbəy və digər bir neçə rayonları misal göstərmək olar.

O bildirib ki, bu ərazilərdə qazlaşma səviyyəsi 70-80 % intervalında dəyişir.

Facebookda şərh edin