Qaxda payızlıq dənlilərin əkin sahəsi min hektardan çox artıb

02:57 | 3 Yanvar, 2021

Qax rayonunun təsərrüfatlarında gələn ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpini başa çatıb. Torpaq mülkiyyətçiləri cari mövsümdə 14 min 91 hektar sahəyə toxum səpiblər. Taxıl əkinlərinin 10 min 36 hektarını buğda, 4 min 55 hektarını arpa sahələri təşkil edir. Payızlıq dənlilərin əkin sahəsi əvvəlki mövsümlə müqayisədə 1065 hektar artıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Xatırladaq ki, qaxlı fermerlər builki mövsümdə 13 min 26 hektar taxıl sahəsindən 38 min 392,6 ton məhsul tədarük ediblər. Hər hektardan orta hesabla 29,5 sentner məhsul götürülüb.

Facebookda şərh edin