“Qax Taxıl” ASC özəlləşdirilib

03:00 | 3 Yanvar, 2021

Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac 15 dekabr tarixində təşkil olunub.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, hərracda “Qax Taxıl” ASC-nin səhm paketi özəlləşdirilib.

Qeyd edək ki, müəssisə 1964-cü ildə fəaliyyətə başlayıb. Müəssisə 1997-ci ildə Taxıl Məhsulları Dövlət Şirkətinin Qax Taxıl Məhsulları Kombinatının bazasında yaradılıb. ASC-nin fəaliyyət sahəsinə taxıl məhsullarının tədarükü, emalı və satışı daxildir.

Hüseyn Vəliyev

Facebookda şərh edin