Daha bir qaxlı döyüşçü evinə döndü – “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub

18:50 | 3 Yanvar, 2021

Qax rayonu Şotavar kəndindən olan Fərid Kərimov 44 günlük müharibədə iştirak etdikdən sonra ötən həftə doğma yurduna – Qax rayonuna qayıdıb. Murovdağ bölgəsində gedən döyüşlərdə vuruşan Fərid Kərimov ölkə başçısı İlham Əliyevin sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.

Fərid Kərimov Qax rayonunda tanınmış musiqiçidir. Vətən müharibəsi başlayan gündən könüllü olaraq, cəbhəyə yollanıb və Vətən qarşısında müqəddəs borcunu yerinə yetirb.

Facebookda şərh edin