Murovdağda döyüşən qaxlı döyüşçü evinə döndü – anası qapıda ağlayaraq qarşıladı

22:02 | 4 Yanvar, 2021

44 günlük Böyük Vətən Müharibəsində iştirak edən qaxlı döyüşçülər artıq evlərinə geri dönməyə başlayıblar. Şəhidlər və Qazilər diyarı olan Qax rayonunun daha bir igid oğlu Elnur Əliyev Yeni İl gecəsi Qaxa qayıdıb. Murovun azad olunmasında qəhrəmanlıq göstərən Elnur Əliyev Qaxda böyük coşqu ilə qarşılanıb, anası Sürəyyə xanım isə oğlunu qarşılayarkən göz yaşları ilə qarşılayıb.

Facebookda şərh edin