Azəriqaz Qaxda camaatı aldadır – qiymətlər ikiqat hesablanır

18:56 | 10 Yanvar, 2021

Azəriqaz təbii qaz sərfiyyatında limiti aşmış vətəndaşları, il başlar başlamaz aldatmağa başlayıb. “Qax Oyan” plaforması bununla bağlı məlumat yayıb.
Bildiyiniz kimi təbii qaza tətbiq edilən limit, 1 yanvar-31 dekabr aralığı olan sərfiyyat üzərindən hesablanır. Rayonda Azəriqazın əməkdaşları ilin sonuna olan sayğac məlumatlarını yanvar ayının əvvəlində yazmağa başlayıblar. Odur ki, limiti keçmiş vətəndaşlar yanvarın ilk günlüyünə istifadə etdikləri qazın ödənişini 10 qəpik əvəzinə 20 qəpikdən ödəməli olacaq. Orta hesabla, yanvarın ilk on günlüyündə 50 kub qaz işlətmiş hər ailə 5 manat əvəzinə 10 manat ödəməli olacaq.
Odur ki, sayğacınızın rəqəmləri, Azəriqaz əməkdaşları tərəfindən hələ yazılmayıbsa, gəldikləri zaman, yanvar ayı sərfiyyatının nəzərə alınmasını tələb edin.
Facebookda şərh edin