Qax rayon Mərkəzi Xəstəxanasının baş həkimi Tərlan Əhmədzadənin korrupsiya əməlləri ifşa olunur – FOTOFAKT

19:05 | 10 Yanvar, 2021

2020-ci ildə Qax rayonunda dövlət müəssisələri, tenderlərə 4 milyon manatdan çox pul xərcləyiblər. Bu məbləğin 1 milyon 461 min manatını Mərkəzi Xəstəxana xərcləyib. Bu barədə “Qax Oyan” platforması məlumat paylaşım edib.
Paylaşımda Rentgen apparatınn qiyməti ilə bağlı məlumat öz əksini tapıb. Digər xərclərin nə dərəcədə reallığı əks etdirdiyinə, xəstəxanada şəraitin və xidmətlərin yaxşılaşmasına təsirinə oxucularımız özü qiymət versin. Xəstəxanada bütün xidmətlərin, cərrahiyyə əməliyyatlarnın ödənişsiz olduğu rəsmi olaraq elan olunub. Amma buna əməl olunurmu?
Yeni anadan olmuş körpə üçün açılmalı olan dəftəri belə valideynə aldıran xəstəxana, 34 min manatdan çox dəftərxana ləvazimatı xərcləri göstərib. Xəstəxanaya yolu düşən hər kəs bilir ki, orada sovet dövründən qalma, rəngi saralmış kitabçalar hələ də istifadədən qaldırılmayıb.
Digər dövlət müəssisələrində olduğu kimi, Xəstəxanada da rəhbərlik Əhmədzadə ailəsinə məxsusdur. Baş həkim, 2013-cü ilə qədər Dəri Zöhrəvi xəstəxansının dermotoluqu olan Tərlan Əhmədzadədir. O, öncə bu vəzifəni icra etmiş atasının vəfatından dərhal sonra bu posta gəlib.

Facebookda şərh edin