Müharibədən qayıdıb ailəsi ilə görüşməyə gələn hərbçi yol qəzasında dünyasını dəyişdi – Qax rayonu Şotavar kəndindən idi

20:00 | 13 Yanvar, 2021

Qax rayonunun Şotavar kənd sakinləri Gəncədən qayıdarkən qəzaya düşüblər. Qəzada zabit, Vətən müharibəsinin iştirakçısı da həlak olub

Leyla Abdullayeva,  Sputnik Azərbaycan

Müharibədən qayıdıb ailəsi ilə görüşməyə gələn hərbçi yol qəzasında dünyasını dəyişib. Hadisə dünən axşam saatlarında  Bakı-Balakən magistralının Şəki rayonundan keçən hissəsində baş verib. Sputnik Azərbaycan-ın verdiyi məlumata görə,  Qax rayonunun Şotavar kənd sakinləri Gəncədən qayıdarkən qəzaya düşüblər. Vətən müharibəsinin iştirakçısı, 1995-ci il təvəllüdlü Məcidov Kənan Rəsul oğlu ailəsi ilə görüşməyə gələn zaman qəzada dünyasını dəyişib. Qardaşı Rəvan Məcidovun isə vəziyyəti ağırdır.

Onu da qeyd edək ki, Kənan Məcidov həm də N saylı hərbi hissənin zabiti olub.

Facebookda şərh edin