Deputat Azər Kərimlinin italyan dostu həbs edildi – deputat Luka Volonte 4 il həbs cəzasına məhkum edilib

20:32 | 13 Yanvar, 2021

İtaliyanın Milan məhkəməsinin qərarı ilə korrupsiyada ittiham olunan Avropa Şurası Parlament Assambleyasının keçmiş üzvü Luka Volonte 4 il həbs cəzasına məhkum edilib.
Qax.org.az
 xəbər verir ki, bu barədə məlumatı İtaliyanın “La Repubblica” nəşri yayıb.
Məlumatda bildirilir ki, Milan məhkəməsi Volonteni Azərbaycandan olan iki siyasətçidən yarım milyon avro rüşvət almaqda günahkar hesab edib. Məhkəməyə görə, Volonte bu məbləği AŞPA-nın 2013-cü ildə Azərbaycandakı siyasi məhbuslarla bağlı hesabatının qəbul edilməsinə mane olmaq üçün alıb. Volontenin bu məbləği məsləhət xidmətləri haqqı kimi rəsmiləşdirib. Volontenin təxminən 2,4 milyon avro aldığı, ancaq bu məbləğin yalnız yarım milyonu sübut edilib.

Qeyd edək ki, Qax rayonunu Milli Məclisdə təmsil etməli olan deputat Azər Kərimli son 21 il ərzində bircə dəfə Qax və qaxlıların problemlərini nə Milli Məclisdə, nə ölkə mətbuatında, nə də sosial şəbəkələrdə qaldırmayıb. Əksinə, İtaliyada baş verən ən xırda müsbət məsələlər barədə danışır və sanki İtaliya-Azərbaycan münasibətlərində baş verən hər bir hadisəni öz adına çıxarır. Sanki, bu ölkənin Prezidenti, xarici işlər naziri, İtaliyadakı Azərbaycan səfirliyi və diasporamız heç nə etmir, bütün işləri deputat Azər Kərimli edir. O zaman hörmətli italyanşünas deputatımız Azər Kərimli buyursun bu biabırçı olay barədə da danışsın…

Deputat Azər Kərimlinin mövzu ilə bağlı mövqeyini sevə-sevə dərc etməyə hazırıq…

Facebookda şərh edin