Qax rayonunda mağazadan oğurluq edən üç yeniyetmə saxlanılıb

16:13 | 3 Fevral, 2021

Qax Rayon Polis Şöbəsinə rayonun Qıpçaq kəndində naməlum şəxslərin mağazadan pul, spirtli və enerji içkiləri, telefon danışıq kartları, siqaret və yuyucu tozları oğurladıqları barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, oğurluğu törətməkdə şübhəli bilinən Qıpçaq kənd sakinləri olan üç yeniyetmə polis əməkdaşlarının həmin müraciət əsasında keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıblar. Onlar törətdikləri cinayət əməlini etiraf edib. Yeniyetmələrin oğurladıqları əşyaların bir qismi həmin şəxslərdən maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Facebookda şərh edin