Qaxda əsən güclü külək rayonu internetsiz qoyub

20:45 | 8 Fevral, 2021

Dünən axşam saat 21:30-dan etibarən Qax rayonu ərazisində internetin verilişi dayanıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, əsən güclü külək nəticəsində rayonun Qaşqaçay kəndi ərazisində iri gövdəli ağac aşaraq fiber-optik kabeli qırıb.

Nəticədə rayonun interneti kəsilib.

Hazırda qırılan xəttin bərpası üçün işlər aparılır. İnternetin yaxın 1 saat ərzində veriləcəyi gözlənilir.

Facebookda şərh edin