Qax rayonunda bir tona yaxın qarğıdalı oğurlayan şəxslər saxlanılıblar

19:50 | 9 Fevral, 2021

Qax Rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən taxıl anbarından bir tona yaxın qarğıdalının naməlum şəxslər tərəfindən oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən üç nəfər – Cəbrayıl rayon sakini Zaur Heydərov, Qax rayon sakinləri Elşən Əfəndiyev və Madonna Kuloşvili saxlanılıblar.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslər oğurladıqları qarğıdalını Elşən Əfəndiyevin yaşadığı ünvanda həyətyanı sahədəki tikilidə gizlədərək bir müddət sonra satmaq niyyətində olublar. Polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qarğıdalı kisələri də həmin yerdən götürülərək istintaqa təqdim edilib.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində cinayət işi başlanıb. Həmin şəxslərin digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır.

Facebookda şərh edin