Qaxda avtomobil işıq dirəklərinə çırpılıb, xəsarət alanlar var – FOTO – VİDEO

23:04 | 10 Fevral, 2021

Qax rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, rayon sakini 1991-ci il təvəllüdlü Zaur Alakulaşvili idarə etdiyi 99-TB-884 dövlət qeydiyyat nişanlı “Opel” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın işıq dirəklərinə çırpılıb.

Nəticədə sürücü və avtomobildə olan bir sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Facebookda şərh edin