Almalı kəndinə 700 metrlik su xətti çəkilib – kənd sakinlərinin öz pulu və əməyi hesabına

00:33 | 11 Fevral, 2021

Ötən gün Qax rayonu Almalı kəndində 700 metrlik su xətti çəkilib. Kənd sakinlərinin verdiyi pul hesabına ərsəyə gələn su xəttinin çəkilməsində elə kənd sakinləri özləri işləyiblər.

Uzun illərdir susuzluqdan əziyyət çəkən kəndlərinin sözlərinə görə, yerli icra hakimiyyətinə edilən müraciətlər cavabsız qaldığından sonda sakinlər özləri su çəkmək qərarına gəliblər.

Facebookda şərh edin