Qax rayonu ötən gecə bir neçə saat işıqsız qalıb

08:02 | 18 Fevral, 2021

Qax rayonunda elektrik enerjisinin verilişi dayanıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, rayonun bütün yaşayış məntəqələrində elektrik enerjisi kəsilib.

Nəticədə dünən axşam saat 19:30 radələrindən etibarən rayon ərazisi işıqsız qalıb. Məlumata görə, buna səbəb rayona verilən elektrik xəttinin Şəki rayonu ərazisində qırılmasıdır. Qeyd edilir ki, həmin xəttdə bərpa işlərinə başlanılıb. Bir neçə saatdır rayonun elektrik enerjisi ilə təminatını bərpa etmək cəhdləri isə hələ nəticə verməyib.

Facebookda şərh edin