Qaxa elektrik enerjisinin verilməsi təmin olunub

09:41 | 19 Fevral, 2021

Qax rayonunda elektrik enerjisinin verilişi bərpa olunub.

Bunu “Report”un Şimal-qərb bürosuna “Azərişıq” ASC-dən bildiriblər.

Məlumata görə, rayonun bütün yaşayış məntəqələri elektrik enerjisi ilə təmin olunub. Ötən gün səhər şəhər ərazisi elektrik enerjisi ilə təmin olunub. Hazırda güclü qar səbəbindən rayon ərazisində baş verən xırda qəzaların aradan qaldırılması istiqamətində də işlər davam etdirilir.

Qeyd edək ki, ötən gün axşam saat 19:35 radələrindən etibarən rayon ərazisi işıqsız qalıb. Elektrik enerjisinin kəsilməsinə səbəb isə qeyri-sabit hava şəraiti nəticəsində (Zaqatala-1) 100 K/V-luq elektrik xəttində açılma olub.

Facebookda şərh edin