Qaxda elektrik enerjisinin verilməsi ilə bağlı kütləvi narazılıq – işıq dirəkləri qəzalı vəziyyətə düşüb

14:17 | 19 Fevral, 2021

Artıq bir-neçə gündür ki, Qax rayonunda elektrik enerjisinin verilməsi ilə bağlı ciddi problemlər yaşanmaqdadır. Qax.org.az-ın yerli müxbirinin verdiyi məlumata görə, havaların şaxtalı keçməsi ilə əlaqədar olaraq, son 2 gün idi ki, Qaxda ümumiyyətlə elektrik enerjisi yox idi. Bununla bağlı rəsmi qurumlar açıqlama verərək, elektrik enerjisinin artıq bərpa olunduğunu desələr də, rayonun əksər hissələrində əhali hələ də elektrik enerjisinin olmadığını deyir, bir çox yerlərdə isə elektrik dirəkləri qəzalı vəziyyətə düşüb.

Məsələni dəqqətdə saxlayacayıq…

Facebookda şərh edin