Qax şəhər 2 nömrəli məktəb-liseyin fəaliyyəti müvəqqəti dayandırılıb – 85 yaşlı direktor koronavirusa yoluxub

21:28 | 15 Mart, 2021

Azərbaycanda daha bir məktəbdə COVID-19 pandemiyası səbəbi ilə bağlanıb.

“Report”un Şimal-qərb bürosu xəbər verir ki, N.Allahverdiyev adına Qax şəhər 2 nömrəli məktəb-liseyin fəaliyyəti müvəqqəti dayandırılıb.

Qeyd edək ki, şəhər 2 nömrəli məktəb-lisey Qax rayonunda fəaliyyət göstərən ən böyük məktəbdir. Direktor Şəkər Abdullayeva ölkədə sərt karantin rejimi günlərində belə müəllim və valideyn kollektivini məkəbə gəlməyə məcbur edir, iclaslar keçirir və pandemiya qaydalarına əməl etmirdi. 85 yaşlı məktəb direktorunun da koronavirusa yoluxduğu bildirilir.

Facebookda şərh edin