Polis Qaxda şəhid ailələrini ziyarət edib

18:18 | 19 Mart, 2021

Qax Rayon Polis Şöbəsinin əməkdaşları torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olan Daxili Qoşunların hərbi qulluqçuları Nəzir Osmanov və Emil Fətəliyevin ailələrini ziyarət edib, bayram münasibətilə onları təbrik ediblər.

Musavat.com xəbər verir ki, görüşdə şəhidlərimizin fədakarlıqlarından, nümayiş etdirdikləri igidlik və şücaətdən danışılıb. Onların qəhrəmanlıqlarının tariximizdə əbədi yaşayacağı qeyd olunub.

Vətən müharibəsində canından keçən oğullarımızın ailə üzvləri onlara göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər.

Facebookda şərh edin