Qaxda koronavirusa görə daha bir məktəb distant tədrisə keçdi

22:20 | 29 Mart, 2021

Qax rayonundakı Zakir Müslümov adına Qum kənd tam orta məktəbi COVID-19 səbəbindən bağlanıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, tədris ocağında koronavirusa yoluxma aşkarlandığından Qax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin qərarına əsasən bağlanıb.

Bildirilib ki, məktəb martın 29-dan iki həftə bağlı qalacaq və tədris distant formada həyata keçiriləcək. Hazırda dərslər onlayn formada keçirilir.

Qeyd edək ki, məktəbdə 243 şagird təhsil alır.

Facebookda şərh edin