Qax şəhərində koronavirus əleyhinə dezinfeksiya işləri icra olunub – FOTOLAR

17:44 | 6 Aprel, 2021

COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Qax rayonunda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün Qax şəhərində, eləcə də rayonun kəndlərində mütəmadi olaraq zəruri tədbirlər görülür.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aprelin 3-də Qax şəhərində növbəti kütləvi dezinfeksiya işləri həyata keçirilib. Şəhərin prospekt və küçələri, səkilər, park və meydanlar, yaşayış məhəllələri dezinfeksiyaedici maddələrlə yuyulub, çoxmənzilli binaların giriş blokları və pilləkənlər, ticarət, iaşə və digər obyektlərin, apteklərin giriş-çıxışları, bankomatların yerləşdiyi ərazilər təkrar dezinfeksiya olunub.

Eyni zamanda, rayon icra hakimiyyəti yanında yaradılan qərargahın üzvlərindən və polis əməkdaşlarından ibarət mobil qruplar tərəfindən rayon ərazisində xüsusi karantin rejimi qaydalarının təmin olunması üçün gündəlik olaraq nəzarət tədbirləri həyata keçirilir.

Facebookda şərh edin