Müğənni Vüqar Muradovdan icra başçısı Musa Şəkiliyevə sərt sözlər: “Sən qaxlıların 1 nömrəli düşmənisən!”

19:12 | 6 İyul, 2021

Son günlər Qax rayonunda Şəhid ailələri və Qazilərə qarşı hörmətsizlik pik həddə çatıb. Ötən gün Şəhid polkovnik-leytenant Sadiq Məmmədovun ailəsinə olan hörmətsizlik – icra başçısı Musa Şəkiliyevin Şəhid ailəsinə kobud davranması, Qax Bələdiyyəsinin sədri Eyvaz Orucovun Şəhid ailəsindən 3500 manat rüşvət tələb etməsi Qaxda sosial narazılığı artırıb.

Əslən Qaxdan olan müğənni Vüqar Muradov da icra başçısının Şəhid ailəsinə qarşı davranışına səssiz qalmayıb. Bu barədə özünün Facebook səhifəsində paylaşım edən müğənni Vüqar Muradov icra başçısını qaxlıların 1 nömrəli düşməni adlandırıb.

Qeyd edək ki, müğənni Vüqar Muradov 44 günlük Qarabağ müharibəsində könüllü olaraq cəbhəyə yollanan və Şuşaya qədər gedərək düşmənə qarşı savaşan igid oğullarımızdandır. Müğənni Vüqar Muradovun paylaşımını olduğu kimi təqdim edirik…

Facebookda şərh edin