Qaxda avtomobil üç piyadanı vurub

19:32 | 8 İyul, 2021

Qaxda minik maşını üç nəfəri vurub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə iyulun 6-dan 7-nə keçən gecə rayonun İlisu kəndində, Səngər bulağı adlanan ərazidə baş verib.

Rayon sakini Rəsul Məcidli idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə yolun kənarında dayanan 32 yaşlı Kənan Qocayevi, 29 yaşlı Elvin Bağırovu və 27 yaşlı Cavid Mahmudovu vurub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan hər üç şəxs Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlara aşağı ətrafların sınığı diaqnozu qoyulub. Xəstəxanada onlara lazımi tibbi yardım göstərildikdən sonra Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriliblər.

Faktla bağlı araşdırma aparılır.

Facebookda şərh edin