“Azəriqaz”ın baş direktoru Ruslan Aliyev Qax rayonu sakinlərini onlayn formatda qəbul edəcək – QƏBULA YAZILIN

04:08 | 23 İyul, 2021

Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxslərinin növbəti onlayn vətəndaş qəbulu iyul ayının 23-də saat 12:00-da keçiriləcək.

Bu barədə Qax.org.az-a “Azəriqaz”dan məlumat verilib.

Bildirilir ki, baş direktor Ruslan Aliyev Qax rayonu, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov Qəbələ rayonu, baş direktorun istismar üzrə müavini Cahid Huseynov isə Ağdaş rayonu ilə videoformatda keçiriləcək görüş zamanı vətəndaşların müraciətlərini dinləyəcəklər.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Zaqatala Regional qaz istismarı İdarəsinə müraciət edə bilərlər.

Facebookda şərh edin