Ənvər Əfəndiyev müdafiə nazirinin müavini – Quru Qoşunlarının komandanı təyin edilib

19:12 | 23 İyul, 2021

General-mayor Ənvər Zəkəriyyə oğlu Əfəndiyev müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı təyin edilib. Ənvər Əfəndiyev əslən Qax rayonundandır.

Qax.org.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Ə.Əfəndiyev Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Facebookda şərh edin