Qaxın təsərrüfatlarında 4900 hektarda yay şumu çıxarılıb

18:37 | 10 Avqust, 2021

Taxıl yığımı başa çatdıqdan sonra Qax rayonunun təsərrüfatlarında payızlıqların səpini üçün yay şumunun çıxarılmasına başlanılıb. İndiyədək təsərrüfatlarda 4900 hektaradək sahədə yay şumu qaldırılıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Qurumdan bildirilib ki, cari ildə rayonda gələn ilin məhsulu üçün 13 min 500 hektaradək sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır.

Rayonda taxıl biçini başa çatmış ərazilərdə təkrar qarğıdalı əkini isə artıq yekunlaşıb. Torpaq mülkiyyətçiləri bu il 801 hektar sahədə dən və yaşıl yem üçün təkrar qarğıdalı əkiblər.

Qeyd edək ki, bu il təkrar əkinlərə görə dövlət tərəfindən fermerlərə hər hektara 86 manat birdəfəlik vəsait ödəniləcək.

Facebookda şərh edin