Qaxda evinin həyətində narkotik becərən şəxs saxlanılıb

12:26 | 18 Avqust, 2021

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”a verilən məlumata görə, keçirilən əməliyyyat zamanı narkotik tərkibli bitkilər əkib-becərməkdə şübhəli bilinən rayonun Qum kənd sakini Ramiz Süleymanov saxlanılıb.

Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman aqrotexniki qulluq göstərilmiş ümumi çəkisi 2 kiloqrama yaxın olan çətənə kolları aşkar edilərək götürülüb. Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Facebookda şərh edin