Şuşada düşmənlə üz-üzə savaşan XTQ giziri Şəhid Sahib Musayevin həyatı və döyüş yolu

01:32 | 19 Avqust, 2021

Qaxın Şotavar kəndindən olan 36 yaşlı şəhid Sahib Musayevin məktəb vaxtlarından hərbiyə böyük həvəsi olub.

Sahib sonradan Xüsusi Təyinatlı Qüvvələrdə gizir kimi xidmətə başlayıb.

O, Aprel döyüşlərində də iştirak edib. Vətən müharibəsi başlayanda isə ailəsi ilə sağollaşaraq döyüşlərə yollanıb. Döyüşlərin birində ayağından yaralanan Sahib Musayev 2 gün sonra xəstəxanadan qaçaraq yoldaşlarının yanına gedib.

“Pələng” ləqəbli Sahib Musayev noyabrın 7-də Şuşa uğrunda gedən döyüşlərdə yaralanıb. Yaralı halda düşmən tankına hücum edib və qəhrəmancasına şəhid olub.

İki övlad atası olan Sahib Musayev ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni və 3 medalla təltif edilib.

Allah rəhmət eləsin!

Facebookda şərh edin