Qaxda dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb

12:30 | 25 Avqust, 2021

Qax rayonunun Güllük kəndi ərazisində hündür dağ zirvəsində dünən axşam saatlarından başlayan yanğın məhdudlaşdırılıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, əraziyə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası, 40 nəfər şəxsi heyəti, o cümlədən meşə təsərrüfatı və Güllük kəndindən 20 nəfər sakin qatılıb.

Yanğın səhər saatlarında məhdudlaşdırılıb. Yanğın zamanı 200 kvadratmetr ərazi yanıb.

Facebookda şərh edin