Türkiyə televiziyasında Şəhid kapitan Fərid Dursunovun döyüş yolu barədə süjet yayımlanıb – VİDEO

21:16 | 4 Sentyabr, 2021

Azərbaycan Ordusunun kapitanı olan Fərid Dursunov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər rayonunun Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Fərid Dursunov sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhid olub. Qax rayon Qorağan kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Dursunov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Dursunov ölümündən sonra “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edildi.

Allah rəhmət eləsin!

Facebookda şərh edin