Mətbuat yazdı, deputat hərəkətə keçdi: Azər Kərimli Qaxda bir qrup qazi ilə görüşdü – FOTO

01:42 | 5 Sentyabr, 2021

44 günlük İkinci Qarabağ Müharibəsindən ötən 11 ay ərzində ilk dəfə Qax rayonunda bir qrup qazi ilə görüşən deputat Azər Kərimli Qax.org.az saytında gedən tənqidi yazıdan sonra hərəkətə keçib. Belə ki, bir-neçə gün öncə saytımızda dərc olunmuş “Qax sakini deputat Azər Kərimliyə etiraz etdi: “Niyə Qazilərlə maraqlanmırsız?!”” başlıqlı məqalədən sonra deputat Azər Kərimli təcili Qaxa gəlib və yaxın əsabələri olan İlqar Məmmədov (Qax sakinlərinin torpaq sahələrini qanunsuz mənimsəməsi ilə tanınır) və Qax rayon Gənclər və İdman İdarəsinin 75 yaşlı rəisi Əlövsət Bayramovun vasitəsilə Qaxda yaşayan bir qrup qazi ilə görüşüb və bu barədə özünün Facebook səhifəsində paylaşım edib.

Qazilərə dövlət tərəfindən yüksək diqqət və qayğının göstərildiyini deyən Azər Kərimli özünün bir deputat olaraq, rayondakı Qazilərə hansı qayğı göstərməsi barədə nəsə danışmayıb. Hər halda 11 aydan sonra Qax qaziləri ilə görüşməsini qayğı kimi qələmə verəcək gülünc görünməz istəməz.

Arzu edərdik ki, hörmətli deputat Azər Kərimli Qaxdakı bütün Şəhid və Qazi ailələrini diqqətdə saxlasın, o cümlədən rayondakı aztəminatlı ailələrə baş çəksin, ümumiyyətlə, Milli Məclisin üzvü kimi öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirsin. Ən azından dövlət büdcəsindən aldığı maaşın qarşılığında real bir iş görsün. Yoxsa, mətbuat yazandan sonra tələsik Qaxa gəlib foto xatirinə görüş keçirmək iş sayılmır.

Görüşdə iştirak edən qazilərdən birinin Qax.org.az saytına verdiyi məlumata görə, deputat Azər Kərimli ənənəsinə uyğun olaraq, bu dəfə də quru vədlər verib və görüşü tərk edib.

Qax.org.az

Facebookda şərh edin