Qaxda bu günədək vətəndaşlara 42 min dozaya yaxın vaksin vurulub

10:12 | 8 Sentyabr, 2021

Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən tədbirlər çərçivəsində Qax rayonunda əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir. Bu günədək Qax rayonu üzrə vətəndaşlara 41 min 997 doza vaksin vurulub.

Rayon icra hakimiyyətində yaradılan qərargahdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, indiyədək birinci mərhələ üzrə peyvənd olunan şəxslərin ümumi sayı 25 min 146 nəfər, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 16 min 851 nəfərdir.

Facebookda şərh edin