Qaxlı məzunlardan 7 nəfəri qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərib

10:13 | 8 Sentyabr, 2021

Bu il tam orta məktəbi bitirən 382 nəfər qaxlı məzundan 298-i ali məktəblərə qəbul imtahanlarında iştirak edib. İmtahanlarda məzunlardan 7 nəfəri 600 baldan yuxarı nəticə göstərib, 18 nəfər isə 500-600 arası bal toplayıb. İlkin nəticələrə görə, 209 məzun ali məktəblərə qəbul olunub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Rayon Təhsil Şöbəsindən məlumat verilib.

Bildirilib ki, qəbul imtahanlarında Qaşqaçay kənd tam orta məktəbin məzunu Cavad Bəbişli rayon üzrə hamıdan çox – 688 bal toplayıb. Qax şəhər 4 saylı tam orta məktəbin məzunu Zaur Muradlı imtahanlarda 622, şəhər 3 saylı tam orta məktəbin məzunu Orxan Osmanov isə 616 bal toplamağa müvəffəq olublar.

Facebookda şərh edin