Qaxda Şəhid anası bankdan kredit götürüb – Türkiyə televiziyasında Şəhid Şamo Məhərrəmov barədə danışılıb

20:31 | 11 Sentyabr, 2021

Azərbaycan Ordusunun əsgəri olan Şamo Məhərrəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şamo Məhərrəmov noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Şamo Məhərrəmov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Türkiyənin Ulusal Kanal Televiziyasında Şəhid Şamo Məhərrəmov və oğul itkisinə dözməyən atası Mətləb dayının vaxtsız ölümü barədə danışılıb, Şəhid ailəsinin çətin şəraitdə yaşayışı işıqlandırılıb.

Allah rəhmət eləsin!

Facebookda şərh edin