Qaxda şəhidlərin xatirəsi anılıb – FOTO

13:08 | 27 Sentyabr, 2021

Qax rayon Şəhidlər xiyabanında 27 sentyabr – Anım Günü ilə əlaqədar mərasim keçirilib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, anım mərasimində rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon ictimaiyyəti və şəhidlərin yaxınları iştirak ediblər.

Mərasimdə şəhidlərin ruhuna dualar oxunub, onların əziz xatirəsi dərin ehtiramla yad edilib.

Facebookda şərh edin