Müharibənin ilk günündə Şəhid olan Abdulla İsrafilov barədə Türkiyə televiziyasında danışılıb – VİDEO

14:12 | 27 Sentyabr, 2021

Abdulla Yadigar oğlu İsrafilov 27 yanvar 1997-ci ildə anadan olub.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Abdulla İsrafilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Abdulla İsrafilov sentyabrın 27-də Suqovuşan döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Abdulla İsrafilov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Abdulla İsrafilov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.

#Şəhid #Abdullaİsrafilov #Qax #qaxlılar #Qarabağ #Suqovuşan #Tərtər #Şəhidlər #ŞəhidAnası #ŞəhidAtası #UlusalKanal #Şuşa #savaş #barış #Türkiyə #QaxŞəhidləri

Facebookda şərh edin