Əhməd Şahidov nüfuzlu Əl Cəzirə kanalında Prezident İlham Əliyevin ünvanına səsləndirilən saxta ittihamlara cavab verdi

13:19 | 4 Oktyabr, 2021

Bugün Bakı vaxtı ilə 04:00-da nüfuzlu Al jazeera English televiziyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və onun ailəsi barədə saxta və uydurma ittihamlar səsləndirilib.

İkinci Qarabağ müharibəsinin ildönümündə bu tip qarayaxma kampaniyasının aparılması heç də təsadüf deyil. Məqsəd Azərbaycanın regionda və dünyada artan nüfuzunu zədələmək və Azərbaycan daxilində güclənməkdə olan Prezident-Xalq birliyinə kölgə salmaqdır.

Al Jazeera English televiziyasının canlı yayımında çıxış edən azərbaycanlı hüquq müdafiəçisi Əhməd Şahidov ölkə başçısı İlham Əliyev və onun ailəsi barədə beynəlxalq təşkilatların və onlara tribuna verən beynəlxalq medianın ittihamlarını saxta və uydurma adlandırıb və Al jazeera kanalında Azərbaycan Prezidenti və Dövlətini qətiyyətlə müdafiə edib.

Facebookda şərh edin