Qax Dövlət Kukla Teatrı yeni mövsümü “Xeyir və Şər” tamaşası ilə açacaq

18:43 | 4 Oktyabr, 2021

Qax Dövlət Kukla Teatrı oktyabrın 12-nə təyin edilmiş yeni, 49-cu teatr mövsümünü dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xeyir və Şər” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə açacaq. Tamaşanın rejissoru Əməkdar artist Yusif Abdurahmanov, rəssamı Mayis Abdullayevdir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın direktoru Nazim Mahmudov məlumat verib.

Direktorun sözlərinə görə, Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilmiş repertuar plana əsasən, bu ilin sonunadək teatrda iki əsər – fransız yazıçısı Şarl Peronun “Yatmış gözəl” və rus yazıçısı Pavel Morozovun “Yırtıcı dovşan” əsərləri tamaşaya qoyulacaq. Hazırda hər iki tamaşa üzərində məşqlər davam edir. Birinci tamaşanın rejissoru Yusif Abdurahmanov, rəssamı Günel Babayeva, ikinci tamaşanın rejissoru isə Araz Mehrablı, rəssamı Mayis Abdullayevdir.

Facebookda şərh edin