Qaxlı gənclər “Vətəni tanı” layihəsi çərçivəsində tarixi məkanlarla tanış olurlar

03:41 | 12 Oktyabr, 2021

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qax nümayəndəliyi rayon gənclərinə növbəti layihəni təqdim edib.

Nümayəndəliyin rəhbəri Elmir Həşimli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, “Vətəni tanı” layihəsi çərçivəsində gənclər rayonun Qaxingiloy kəndi ərazisində yerləşən “Müqəddəs Georgi” kilsəsində olublar.

Kilsə 1888-ci ildə xristian din əzabkeşi Müqəddəs Georginin şərəfinə könüllü ianələr və Qafqazda Xristianlığın Bərpası İdarəsinin maliyyəsi ilə tikilib. İbadətgahda dini ayinlərin icrası üçün hər cür şərait yaradılıb. Kilsə yerli əhəmiyyətli tarixi abidə kimi dövlət tərəfindən qorunur.

Nümayəndəliyin rəhbəri bildirib ki, layihənin icrasında əsas məqsəd gəncləri rayonun tarixi məkanları ilə yaxından tanış etməkdir.

Facebookda şərh edin