TƏCİLİ: Qaxda BMT-nin xidməti avtomobili qəzaya düşüb, xəsarət alanlar var

20:46 | 12 Oktyabr, 2021

Qax rayonunda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan nümayəndəliyinə məxsus “Toyota Camry” markalı avtomobil qəzaya düşüb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında şəhərin mərkəzi hissəsində qeydə alınıb.

Belə ki, “Toyota Camry” markalı 076-D-001 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə motosiklet toqquşub. Nəticədə motosikletdə olan iki nəfər – Qax rayonunun Əmbərçay kənd sakinləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Facebookda şərh edin