Qaxda koronavirus xəstəsi çayxanada aşkarlanıb

15:28 | 19 Oktyabr, 2021

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”a verilən məlumata görə, rayonun Qıpçaq kənd sakini Tural Abdıyevə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.Polis əməkdaşları tərəfindən həmin şəxs kənd ərazisindəki çayxanada aşkarlanıb.İnfeksiyanın yayılmasına şərait yaradan T.Abdıyev tibbi prosedurlar da gözlənilməklə evinə geri qaytarılıb.

Onun barəsində Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Facebookda şərh edin