Qaxda bir ailənin 2 üzvü göbələkdən zəhərlənib, ölən var

23:28 | 19 Oktyabr, 2021

Qax rayonunda zəhərlənmə hadisəsi baç verib.

Hadisə Tasmalı kəndində qeydə alınıb.

Kənd sakinləri – 47 yaşlı Mübariz Qasımov, onun övladı, 12 yaşlı Murad Qasımlı və qohumu, 9 yaşlı İbrahimxəlil Qasımzadə göbələkdən zəhərləniblər. Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Xəstələrin vəziyyətləri ağır olduğundan onlar Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriliblər.

Məlumata görə, 12 yaşlı M.Qasımlı xəstəxanada dünyasını dəyişib.

Facebookda şərh edin