Daxili İşlər Nazirliyi Qaxda 2 uşağın göbələkdən zəhərlənərək ölməsi ilə bağlı məlumat yayıb

18:48 | 20 Oktyabr, 2021

Daxili İşlər Nazirliyi (DİN) Qax rayonunda 2 uşağın göbələkdən zəhərlənərək ölməsi ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən “Report”a daxil olan məlumatda deylir:

“Oktyabrın 19-da saat 20 radələrində Qax rayonunun Tasmalı kəndində yaşayan Mübariz Qasımov, oğlu – 12 yaşlı Murad və qardaşı oğlu – 9 yaşlı İbrahimxəlil Qasımzadə qidadan (göbələk) zəhərlənmə ilə xəstəxanaya aparılıb. Murad və İ.Qasımzadə orada ölüb, M.Qasımovun vəziyyəti orta-ağırdır.

Araşdırma aparılır”.

Facebookda şərh edin