Qaxda yaşayış evi yanıb

12:03 | 21 Oktyabr, 2021

Qax rayonunda yaşayış evi yanıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Qaxbaş kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Nazim Paşa oğlu Heydərova məxsus ev qəfildən alışıb.

Hadisə zamanı ümumi sahəsi 120 kv/m olan kürsülü ev içərisindəki əşyalarla birlikdə tamamilə kül olub.

Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Facebookda şərh edin