Qaxda göbələkdən zəhərlənərək ölən uşaqlardan birinin anası da zəhərlənib

15:55 | 21 Oktyabr, 2021

Qax rayonunda göbələkdən zəhərlənərək ölən uşaqlardan birinin anası da zəhərlənib.

Bu barədə “Report”a rayonun Tasmalı kənd icra nümayəndəsi Məhərrəm Alagözov məlumat verib.

O bildirib ki, 9 yaşlı İbrahimxəlil Qasımzadənin anası Turanə Musayevanın vəziyyəti pisləşib: “Onun göbələkdən zəhərləndiyi ehtimal edilir və qadın Bakıdakı xəstəxanaların birinə göndərilib”.

M.Alagözovun sözlərinə görə, T.Musayeva göbələyi bişirən zaman yeməyin cuzi dadına baxıb.

Qeyd edək ki, hadisə oktyabrın 19-da saat 20 radələrində Qax rayonunun Tasmalı kəndində baş verib. Kənd sakinləri – Mübariz Qasımov, oğlu – 12 yaşlı Murad və qardaşı oğlu – 9 yaşlı İbrahimxəlil Qasımzadə göbələkdən zəhərlənmə ilə xəstəxanaya aparılıb. Murad və İ.Qasımzadə orada ölüb, M.Qasımovun vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Facebookda şərh edin