Zəngilan istiqamətində gedən döyüşlərdə şəhid olan Qaxlı hərbi qulluqçu anılıb – FOTO

17:15 | 24 Oktyabr, 2021

Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların hərbi qulluqçusu, baş çavuş Emil Fətəliyevin il mərasimi keçirilib.

DİN-dən APA-ya verilən məlumata görə, Qax rayonunun Qorağan kəndində keçirilən anım mərasimində Daxili İşlər Nazirliyinin təmsilçiləri, Rayon İcra Hakimiyyətinin və Polis Şöbəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak ediblər.

Əvvəlcə Emil Fətəliyevin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub və əziz xatirəsi yad edilib. Çıxış edənlər şəhidin Vətən müharibəsindəki şücaətindən, onun şərəfli döyüş yolundan söz açıblar.

Facebookda şərh edin