AMEA tərəfindən Qax rayonu ərazisində növbəti monitorinq aparılıb

16:21 | 27 Oktyabr, 2021

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Landşaftşünaslıq və Ekoloji coğrafiya şöbələri tərəfindən 2021-ci ilin iş planına uyğun olaraq, Qax rayonunun Kürmükçay, Hamamçay və Sarıbaş ərazilərində növbəti monitorinq aparılıb.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, monitorinq zamanı ərazilərdə təbii və antropogen amillərin təsiri altında aktivləşən eroziya prosesləri, torpaqların deqradasiyası, regionda tez-tez təkrarlanan sel hadisələri nəticəsində çay yataqlarının gətirmə materialları ilə yüklənmə səviyyəsinə dair müşahidələr aparılıb. Eyni zamanda, rayonda ekoturizm potensialının öyrənilməsi istiqamətində ölçmə işləri həyata keçirilib.

Facebookda şərh edin